Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat – FOTO

Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib.

Tribuna.az  “Qaynarinfo”ya istinadən xəbər verir ki, agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Ziya Ziyəddin oğlu Qurbanzadə sözügedən vəzifəyə gətirilib. O bundan əvvəl Mingəçevir Regional Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, ötən ilin mart ayında Mingəçevir Gənclər Evinin rəhbəri Tural Adil oğlu Kərimov Mingəçevir Regional Turizm İdarəsinə rəis təyin edilmişdi. Bir neçə gün əvvəl isə Tural Kərimov mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi təyin olunub.

 

Xatırladaq ki, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov öz ərizəsi əsasında aprelin 2-də vəzifəsindən azad olunmuşdu. Eyni zamanda, sözügedən vəzifənin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Ziya Qurbanzadəyə həvalə edilmişdi.

Fotoda Tural Kərimov