Binəqədi sakinləri rayonda aparılan yol təmir və bərpa işlərindən narazıdır.
Tribuna.az xəbər verir ki, sakinlər bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk səhifəsində yazıb.
Sakinlərin sözlərinə görə, ehtiyac olmayan yollara asfalt vurulur, lakin bərbad halda olan yollar illərdir pis vəziyyətdədir.
Sakinlər icra hakimiyyətinə konkret ünvanlar da göstərərək o ərazilərin, yol və küçələrin abadlaşdırılmasını istəyib.
Sakinlərin müraciətini təqdim edirik:
Mövzu ilə bağlı İH-ə sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik.
Gülşən Rəsul













