Türkiyənin “Beşiktaş” klubu “Liverpul”un iki futbolçusunu heyətinə cəlb etməyə yaxındır.
Tribuna.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Santi Auna özünün sosial media səhifəsində məlumat verib.
Onun sözlərinə görə, İstanbul təmsilçisi “Liverpul”un müdafiəçisi Konstantinos Tsimikasla böyük ölçüdə transfer razılığına gəlib.
İddiaya görə, Türkiyə klubu hazırda Yunanıstan millisinin üzvü ilə “Latsio”nun oyunçusu Nuno Tavares arasında seçim edir. “Beşiktaş”ın yaxın iki gün ərzində qərar verəcəyi gözlənilir.
Xəbərdə bildirilir ki, “qara qartallar”, həmçinin “Liverpul”un gürcüstanlı qapıçısı Georgi Mamardaşvilini cari mövsümün sonuna qədər iki milyon avro qarşılığında icarəyə götürməyi planlaşdırıblar. Tanınmış qolkiperə müqavilənin uzadılması variantı da təklif edilib.
Tsimikas ötən yaydan bəri “Roma”da icarə əsasında çıxış edir. Sabiq “Valensiya”lı Mamardaşvili isə bu mövsüm İngiltərə klubunun heyətində 11 oyunda meydana çıxıb.









