BDU-da təqaüdlər nə vaxt veriləcək? – Açıqlama

BDU-da təqaüdlər nə vaxt veriləcək? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) tələbələri təqaüdlərin verilməməsi ilə bağlı narazılıq edirlər.

Tribuna.az xəbər verir ki, yeniavaz.com-a müraciət edən bəzi tələbələr bildirirlər ki, bununla bağlı onların suallarına Universitetdən cavab da verilmir.
“Digər universitetlərdə yay aylarının təqaüdü oktyabr ayında ödənilir. Amma BDU-da belə deyil. Yayda da vaxtlı-vaxtında ödənilir. Amma bu dəfə yubadırlar”, – tələbələrdən biri bildirib.
Qeyd edək ki, Universitetin sosial media hesablarında edilən paylaşımlara tələblər kütləvi şəkildə şərh yazaraq təqaüdlərin və ya nə vaxt ödəniləcəyi ilə bağlı məlumatın verilməsini tələb ediblər.

Məsələ ilə bağlı ünvanladığımız sorğuya Bakı Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova belə cavab verib:
“Veriləcək, 3 ay birdən”.