Balıq alarkən bu nüanslara DİQQƏT edin – FOTO

Balıq alarkən bu nüanslara DİQQƏT edin – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıq həm zülal, həm omeqa-3, həm də vitaminlərlə zəngin olduğu üçün sağlam qidalanmanın vacib hissəsidir. Ancaq düzgün seçilməyən və ya saxlanma şəraiti pozulan balıq ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən qida mütəxəsisi-ekspert Ağa Salamov bildirib ki, balıq satışı fotodakı kimi düzgün deyil.

Mütəxəssisin sözlərinə görə, balıq yerlə təmasda olmamalıdır. Balıqlar riskli məhsul olduğundan ya soyuducuda olmalıdır, ya da buzun içində satılmalıdır. Söhbət ətdən yox, balıqdan gedir. Ət soyuducuda, balıq isə buzun və ya soyuducunun içində təqdim edilməlidir.

“Bazarlarda adətən satıcılar soyuq qış aylarını, 6 dərəcə soyuğu bəhanə gətirirlər. Lakin, birbaşa qida məhsullarının çirklənməsi üçün əlverişli bir mühitdir. Lap 5-4 dərəcə soyuq temperatur olsa belə, balıq buzun içində və ya soyuducuda satılmalıdır. Bu cür satış normativlərə uyğun deyil.

Dəniz Pənahova