“İnsan ləyaqəti anlayışı var, soydaşlarının saxlandığı şəhərə gedirsən və onların vəziyyətini başa düşmürsən, elə deyilmi?”
Tribuna yazır ki, bunu noyabrın 26-da Milli Assambleyada jurnalistlərlə söhbətində Ermənistan vətəndaş cəmiyyətinin 5 nümayəndəsinin Bakıya bu yaxınlarda səfəri ilə bağlı “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan qeyd edib.

” Ümumiyyətlə, vətəndaş cəmiyyətinin təmsilçisi olmaq nə deməkdir? Onlar Paşinyanı maaşa görə tərifləyən adamlardır” – deyə etiraz edib. O, ermənilərə ittiham irəli sürüb: “Deyirlər, qara kürü dadlıdır, bilmirəm, mən qara kürünün tərəfdarı deyiləm. Bütün prosesin hekayəsi budur, bir qrup insan Bakıda qara kürü yeyə biləcək, bundan başqa heç bir effekt ola bilməz”, – deyə Mamicanyan sayıqlayıb.
Fərda Uğur









