Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti 3 dəfədən çox bahalaşıb – FOTO

Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti 3 dəfədən çox bahalaşıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiyadan sonra Bakıdan Tbilisiyə sərnişindaşıma ilə məşğul olacaq qatarlara biletlərin qiyməti 3,2-3,3 dəfə bahalaşıb.

Tribuna.az xəbər verir ki, mayın 25-dən fəaliyyəti bərpa olunacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının minimal bilet qiyməti 81 manat təşkii edir.

Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, bölgələrdən Tbilisiyə bilet tarıflərinə gəlincə, Yevlax-Tbilisi 67, Gəncə-Tbilisi 62, Ağstafa-Tbilisi 57, Böyük Kəsik-Qardabani 51 manatdır.

“Komfort+” sinifində tariflər Bakı-Tbilisi marşrutu üzrə 117, Yevlax-Tbilisi 94, Gəncə-Tbilisi 86, Ağstafa-Tbilisi 78 , Böyük Kəsik-Qardabani 68 manatdır.

“Lüks” sinif üzrə bilet qiymətləri isə aşağıdakı kimi müəyyən edilib:

Bakı-Tbilisi 180, Yevlax-Tbilisi 144, Gəncə-Tbilisi 132, Ağstafa-Tbilisi 120, Böyük Kəsik-Qardabani 102 manatdır.

Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər belə dəyişirdi:

– Plaskart (açıq kupe) – 24-26 manat; (hazırda 3,3 dəfə bahalaşma)

– Kupe 35-40 manat; (hazırda 3,3 dəfə bahalaşma)

– SV (yataqlı) 57-60 manat; (hazırda 3,2 dəfə bahalaşma)