Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində təşkil olunan hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.
Tribuna.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Qeyd edək ki, yürüşlər beş marşrut üzrə təşkil olunub:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi.
Paytaxtda hərbi qulluqçuların yürüşləri 12:00-dək davam edəcək.
Yürüşlər paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da keçirilir.















