Bakı tıxacda boğulur – parlament müxalifətindən çağırış

Bakı tıxacda boğulur – parlament müxalifətindən çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakının tıxacdan azad olması üçün təkcə dəyişkən iş qrafiki yetərli deyil. Hazırda bəzi dövlət orqanları bu sistemə keçib və test edilir. Lakin bütün qurumlarda iş saatı dəyişsə belə, yenə kompleks təsiri olmayacaq”.

Bu sözləri Tribuna.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli tıxaclar haqda danışarkən deyib.

Onun fikrincə, şəhərdə tikintilər dayandırmalı, yollar genişlənməlidir, alternativ çıxışlar təmin olunmalıdır: “Hazırda ən yaralı yer Sumqayıtdan şəhərə gələn istiqamətdir. Yolun hər iki istiqamətində fasiləsiz tıxaclar var. Bu yolun genişləndirilməsi də çarə olmadı. Çünki Bakıdan Xırdalana yeni çıxışlar olmalıdır”.

Samir Əsədli təklif edir ki, paytaxtda dözülməz tıxacların həlli üçün ictimai müzakirə, dəyirmi masa qurulmalıdır: “Bu sahənin mütəxəssisləri danışıqlar aparmalıdırlar, tövsiyələr verməlidirlər. Bu müzakirədə yol polisi, AYNA, nəqliyyat ekspertləri iştirak etməlidirlər. Əks halda, bu gedişlə şəhərdə vəziyyət günbəgün pisləşəcək”.

VHP funksioneri qeyd edib ki, şəhərdə avtomobillər çoxalır, yollar daralır, tikinti artır. Bu da getdikcə vəziyyəti daha da dözülməz edəcək.

Həsən Ağa