Bakı-Moskva xəttində MÜHÜM GƏLİŞMƏ: Putinin zəngindən sonra…

Bakı-Moskva xəttində MÜHÜM GƏLİŞMƏ: Putinin zəngindən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin cənab İlham Əliyevə zəngi Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin yaxşılaşması üçün mühüm hadisədir. Düşünürəm ki, təyyarə məsələsi ilə bağlı Rusiya addımlar ata bilər”.

Bunu Tribuna.az-a professor Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə əlaqələrin normallaşmasında maraqlıdır: “Ona görə bu zəng regiondakı gərginlik dövründə əhəmiyyət kəsb edir. Məncə, Kreml lideri həm bölgədəki vəziyyəti, həm Bakı ilə münasibətlərin yaxşılaşmasını nəzərə alaraq telefon zəngi açıb”.
Xatırladaq ki, Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.

Həsən Ağa