Arvadın borcuna görə ərin pensiyası tutula bilər? – AÇIQLAMA

Arvadın borcuna görə ərin pensiyası tutula bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə (əmlakına) yönəldirlər.

Tribuna.az xəbər verir ki, belə aktual məsələni gündəmə gətirən bank eksperti, hüquqşünas Əkrəm Həsənov bildirib ki, nikah müqaviləsi yenidən gündəmə gəlib:

“Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyann yarısını tutmağa başlayır.

Bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir (əmlak) onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu
var: hər kəsin gəlirinin (əmlakının) sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması.

Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa, borc artıq ərin pensiyasından tutula bilməyəcək”.

Nigar İxtiyarqızı