Ali Məhkəmə Venesuelada müvəqqəti prezident təyin etdi

Ali Məhkəmə Venesuelada müvəqqəti prezident təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maduro artıq Bruklindəki Müvəqqəti Saxlama Mərkəzinə çatdırılıb.
Ali Məhkəmə Venesuelada prezident səlahiyyətlərini icra edəcək şəxsi təyin edib

Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkənin prezident səlahiyyətlərini icra edən şəxs təyin olunmalıdır.

Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, Rodrigesin bu vəzifəyə təyin olunması “idarəetmədə ardıcıllığın təmin edilməsi və ölkənin hərtərəfli müdafiəsi üçün vacibdir”.

Bundan əlavə, New York Times (NYT) hüquq-mühafizə orqanlarında çalışan və Nikolas Maduronun daşınma marşrutu ilə tanış olan mənbəyə istinadən yazır ki, devrilmiş Venesuela prezidentini daşıyan helikopter Bruklində, onun məhkəməyə qədər saxlanılacağı Müvəqqəti Saxlama Mərkəzinin yaxınlığında eniş edib.

NYT həmçinin bildirir ki, saxlanma mərkəzinin qarşısında olan polis əməkdaşı səsgücləndirici vasitəsilə binanın önündə toplaşanlara Maduronun artıq müəssisənin daxilinə keçirildiyini elan edib.

Bundan sonra toplaşan insanlar sevinməyə başlayıb, mahnılar oxuyub və Venesuela bayraqlarını dalğalandırıblar.

UNİAN-ın yazdığına görə, daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Nikolas Maduronun ələ keçirilməsindən sonra Venesuelada baş verəcək sonrakı dəyişikliklərdə ABŞ da iştirak edəcək ki, onun kimi bir şəxsin yenidən hakimiyyətə gəlməsinə yol verilməsin.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski də ABŞ-ın Maduronu aradan qaldırdığı kimi, bəzi digər diktatorlarla bağlı problemi də həll edə biləcəyini bildirib.

İmran Kərimli