Avropa İttifaqının Rusiya aktivlərini mənimsəmək cəhdi oğurluq deyil, soyğunçuluqdur.
Tribuna.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, oğurluq gizli olur, bu isə gizli deyil, Aİ-nin etdiyi soyğunçuluqdur.
Putin vurğulayıb ki, “başqalarının pullarını talamaqla bağlı qərarlar qəbul etmək Aİ üçün asan deyil”.
“Bu, sadəcə onun imicinə zərbə deyil, bu, Avrozonaya inamı sarsıdır”, – Rusiya Prezidenti əlavə edib.
O qeyd edib ki, bundan sonra digər ölkələr də qızıl və valyuta ehtiyatları üçün qorxmağa başlayacaqlar.
Rusiya Prezidenti məhkəmələrdə maraqlarını müdafiə edəcəklərini, siyasi təsirdən asılı olmayan bir yurisdiksiya tapmağa çalışacaqlarını bəyan edib: “Nə oğurlayıblarsa, bir gün onu geri qaytarmalı olacaqlar”.









