Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı – Video

Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, “sabah gələrsiz” süründürməçiliyindən narazıdır.

Tribuna.az-a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkün deyil.
Şikayətçilər bildirib ki, xəstəxanada növbə probleminin yaranmasına səbəb həkim çatışmazlığı və olan həkimlərin də yerində olmamasıdır:

“Rəsmi olaraq xəstəxanada 8 ştatlı lor həkimi olmalıdır, ancaq cəmi iki həkim var. Biri əməliyyatdadır, digəri də xəstədir, gəlməyib. Belə deyib geri göndərirlər. Səhər gələndə isə qəbula düşmək mümkün olmur. Müraciət edən çox, həkim isə az.
2 gündür uşağı aparıb gətirirəm. Həkimin qəbuluna düşə bilməmişik.
Xəstəxananın baş həkiminə də bildiririk, deyir, bizdə həkim azdır, başqa xəstəxanaya get”.

Şikayətçilər bildirib ki, ölkədə səhiyyə ilə bağlı bir neçə dövlət qurumu var. Ancaq heç biri indiyə qədər normal sistem, şərait qura bilməyib.

Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və baş həkimi isə Fərrux Sədirovdur. S.Sadıxova TƏBİB-in vəzifəsindən yeni azad edilən keçmiş rəhbər Vüqar Qurbanova ən yaxın kadrlardan sayılır. S.Sadıxovanı neçə ildir V.Qurbanovun himayə etdiyi bildirilir.
Həmçinin V.Qurbanov S.Sadıxovanı dəfələrlə böyük təhlükələrdən qoruyub.
Bununla bağlı növbəti yazılarımızda daha ətraflı yazacağıq.

Yeri gəlmişkən onu da əlavə edək ki, məsələ ilə bağlı xəstəxana ilə danışmaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul