ABŞ-ın İrana hücumlarının üç əsas hədəfi- ŞƏRH

ABŞ-ın İrana hücumlarının üç əsas hədəfi- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq iki gündür ABŞ davamlı olaraq İrana hücumlara start verib. Tribuna.az xəbər verir ki, İsveçrədə əldə olunan atəşkəs razılaşmasını pozan Vaşinqton, fevral-mart hücumlarından fərqli olaraq, başqa bir yol tutub.

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Tribuna.az-a açıqlamasında bildirib ki, ABŞ-ın hazırda üç əsas hədəfə kilidləndiyi diqqəti çəkir. Onun sözlərinə görə, birinci hədəf hörmüz boğazıdır. “ABŞ nəyin bahasına olursa olsun, dünyanın “neft arteriyası”na nəzarət etmək istəyir. Boğazı heç bir şəkildə İranla böğlüşdürmək istəmir. Çünki dünya neft və qazının 22 fazinin keçdiyi bir bölgəyə nəzarət, elə dünyanın böyük qisminə nəzarət deməkdir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın ikinci əsas hədəfi İranın Hind okeanı sahillərində yerləşən limanlarıdır. “Son hücumlar zamanı bu daha aydın şəkidlə özünü göstərməyə başlayıb. Çabahardan Bəndər Abbasa qədər böyük bir şəridi bombalamaq, İranın Hind okeanına çıxışını əngəlləməkdir. Limanların hədəfə alınması da bu məqsədə hesablanıb. Ona görə ki, İranın bölgədəki üstün cəhətlərindən biri də çoxsaylı limanlara malik olması və okeana asan çıxış əldə edə bilməsidir. Bu xətt kəsilərsə, İran üçün ciddi iqtisadi və geosiyasi böhran baş verəcək”.

Fəraməzoğlu üçüncü hədəf kimi Şimal-Cənub dəhlizini göstərib. O qeyd edib ki, indiyə qədər ABŞ və ya İsrail İrana hücum zamanı Şimal-Cənub dəhlizinə aid olan heç bir infrastruktura raket zərbəsi endirməyib. “Dəmiryollarına hücumlar olub. Lakin bu, daxili logistikanın parçalarına aid olub. Bu gün isə məhz Çinlə Rusiyanı birləşdirən, habelə Azərbaycan üzərindən keçən Şimal-Cənub dəhlizinin əsas qollarından biri olan dəmiryolu vurulub. Bu onu göstərir ki, ABŞ Çinlə Rusiyanın quru yolla əlaqələrini də hədəfə alıb. Üstəlik, Şimal-Cənub dəhlizinin fəaliyyətini minimuma endirməyi əsas hədəf götürüb”.

Fərda Uğur