Abituriyentlərin DİQQƏTİNƏ! Qəbul balları necə olacaq? – Ekspert AÇIQLADI

Abituriyentlərin DİQQƏTİNƏ! Qəbul balları necə olacaq? – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında keçirilən buraxılış imtahanlarının həddən artıq çətin olması abituriyentlər arasında ciddi narahatlıq yaratmışdı. Bu səbəbdən dünən keçirilən II və III ixtisas qrupları üzrə blok imtahanlarının da çətin olacağı gözlənilirdi.
Bəs builki blok imtahanlarının sualları necə idi? Bu nəticələr qəbul ballarına necə təsir göstərə bilər — ballar yüksələcək, yoxsa enəcək?


Mövzu ilə bağlı Tribuna.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, gözlənildiyi kimi, blok imtahanları buraxılış imtahanları ilə müqayisədə daha asan olub. Ekspert hesab edir ki, əks halda ciddi problemlər yarana bilərdi:

“Bu dəfə tarix fənni üzrə sualların nisbətən asan olduğu bildirilir.

Müəllim qruplarında və abituriyentlərin ümumi rəylərinə əsasən, tarix sualları əvvəlki illərlə müqayisədə daha rahat idi. III ixtisas qrupunda ədəbiyyat sualları da çətin hesab olunmayıb.

Azərbaycan dili üzrə suallar isə bir qədər uzun və vaxt aparan olub.

Ümumilikdə isə blok imtahanlarının buraxılış imtahanlarından daha asan keçirildiyini deyə bilərik. Mənim gözləntim də bu idi.

Buraxılış imtahanlarından sonra verdiyim açıqlamalarda da qeyd etmişdim ki, blok imtahanları daha asan ola bilər. Çünki buraxılış imtahanlarında suallar həddindən artıq çətin idi.

Əgər blok imtahanları da eyni səviyyədə çətin olsaydı, bu, ciddi fəsadlara səbəb ola bilərdi. Nəticədə ali məktəblərdə plan yerlərinin boş qalması ehtimalı yaranardı.

Ümid edirəm ki, blok imtahanlarının nisbətən asan salınması buraxılış imtahanlarındakı çətinliyi müəyyən qədər kompensasiya edəcək və ballarda ciddi enmə müşahidə olunmayacaq. Əks halda, yəni blok imtahanları da ötənilki səviyyədə çətin olsaydı, bu il qəbul ballarında avtomatik düşüş qaçılmaz idi.

Görünür, Dövlət İmtahan Mərkəzi bu məqamı nəzərə alaraq müəyyən tənzimləmə edib”.

Nigar İxtiyarqızı