AAYDA rəhbəri qəbiristanlığa çağırıldı – Foto

AAYDA rəhbəri qəbiristanlığa çağırıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdır.

Tribuna.az xəbər verir ki, söhbət qəsəbənin Xəlil bəy Xasməmmədov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, illərdir təmir olunmayan küçə məktəbə, bağçalara, marketə və qəbiristanlığa gedən əsas yoldur. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır, avtomobillərin və piyadaların hərəkəti çətinləşir.

Tribuna.az-a danışan sakinlər bildiriblər ki, yaxın günlərdə bəzi köməkçi küçələrdə təmir işləri aparılıb.

Lakin ən işlək yollardan biri olan qəbiristanlıq istiqamətindəki əsas küçə yenə baxımsız qalıb.

Sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Vüsal Nəsirlini əraziyə dəvət edərək problemin yerində araşdırılmasını tələb edirlər:

“Vüsal Nəsirli bura gəlsin və görsün avtomobili ilə bu yolu keçə bilir? İnsanlar ölüsünü ziyarət edə bilmir bu yolun üzündən”.

Qəsəbə sakinləri aidiyyəti qurumların məsələni nəzarətə götürəcəyinə və uzun illərdir həllini gözləyən problemin nəhayət aradan qaldırılacağına ümid etdiklərini bildirirlər.

Gülşən Rəsul