6 əcnəbi amnistiya ilə azadlığa çıxdı

6 əcnəbi amnistiya ilə azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisində Amnistiya aktının icrasına başlanılıb.

Tribuna.az xəbər verir ki, Amnistiya aktı 128 məhkuma şamil edilib, 57 nəfər azadlığa buraxılacaq. Bu gün isə ilkin olaraq 15 nəfər azadlığa buraxılır. Onların 2-si Türkiyə, 2-si İran, 2-si Türkmənistandan olmaqla, 6-sı əcnəbi vətəndaşdır, biri qadındır.