Süni intellektlə yaradılan sevgilisi ilə görüşmək üçün 2 min kilometr yol getdi

Süni intellektlə yaradılan sevgilisi ilə görüşmək üçün 2 min kilometr yol getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada yaşayan 49 yaşlı inşaat işçisi internetdə tanış olduğu və evlənməyi düşündüyü qadınla görüşmək üçün bütün əşyalarını sataraq uzun səfərə çıxıb. Lakin o, görüşmək istədiyi qadının süni intellekt 49 yaşlı kişi süni intellektlə yaradılan sevgilisi ilə görüşmək üçün 2 min kilometr yol gedib vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənib.

Tribuna.az  xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Edimar Martins 2020-ci ildə sosial şəbəkələrdə Jéssica Oliveira adlı hesabla qarşılaşıb. O, hesabın arxasında real qadının deyil, süni intellektlə yaradılmış obrazın dayandığından şübhələnməyib.

Martins oktyabrın 9-da Braziliyanın Maranyan ştatından Minas-Jerays ştatının paytaxtı Belo-Orizontiyə getmək üçün şəxsi əşyalarını satıb. O, oktyabrın 11-də şəhərə çatsa da, axtardığı qadını tapa bilməyib.

Martins yerli radioya müraciət etdikdən sonra ona qadının real olmadığı bildirilib. Pulu qurtaran kişi şəhər meriyasına üz tutub və sosial işçilərdən kömək istəyib. Bildirilir ki, ona evinə qayıtmaq üçün yardım göstərilib.

Sosial şəbəkələrdə təxminən 300 min izləyicisi olan hesabda əvvəllər yayımlanan videolardan birində virtual obraz öz təsərrüfatına köçəcək və maddi baxımdan dəstəkləyəcəyi kişi axtardığını bildirirdi.

Sonradan hesabın arxasında duran şəxs obrazın süni intellektlə yaradıldığını açıqlayıb və Martinslə birbaşa ünsiyyətdə olmadığını deyib. Onun sözlərinə görə, hesabın məqsədi izləyici toplamaq olub.

Məyusluğuna baxmayaraq, Martins gələcəkdə yenidən Belo-Orizontiyə gedəcəyini və özünə həyat yoldaşı tapmağa çalışacağını bildirib.

İmran Kərimli