43 yaşında 22 kiloqram arıqladı: “Hər gün bunları yeyirəm”

43 yaşında 22 kiloqram arıqladı: “Hər gün bunları yeyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

43 yaşında 22 kiloqram arıqlayan qadın nəticəsini qorumağa kömək etdiyini düşündüyü 5 qidanı açıqlayıb.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlamlıq və həyat tərzi üzrə məşqçi Rut Soukup 43 yaşında 49 funt, yəni təxminən 22,2 kiloqram arıqladığını bildirib.

Soukup uzun illər çəki problemi yaşadığını, arıqlayıb yenidən kökəldiyini deyib. Onun sözlərinə görə, nəticə əldə etmək üçün kalori saymaq və özünü ac saxlamaq əvəzinə qidaların seçiminə diqqət yetirib.

Qadının gündəlik qidalanmasında qırmızı ət, sarısı ilə birlikdə yumurta, fermentləşdirilmiş tərəvəzlər, təbii kərə yağı və elektrolitlər yer alır.

Soukup qırmızı əti zülal, dəmir və sink mənbəyi kimi göstərir. Yumurta ilə bağlı isə xolin və B vitaminlərinin əhəmiyyətini vurğulayır.

O, bağırsaq sağlamlığı üçün kimçi və kələm turşusu kimi fermentləşdirilmiş tərəvəzlərdən istifadə etdiyini deyir. Təbii kərə yağı və elektrolitləri də gündəlik menyusunun bir hissəsi hesab edir.

Soukupun sözlərinə görə, bu qidalanma yanaşması ona arıqlamağı və əldə etdiyi nəticəni qorumağı asanlaşdırıb.

Qeyd edək ki, bunlar qadının şəxsi təcrübəsidir və sadalanan qidaların arıqlatdığına dair nəticə kimi qəbul edilməməlidir. Arıqlama prosesi fərdi xüsusiyyətlərdən və ümumi qidalanma rejimindən asılıdır.

İmran Kərimli