Ermənistanın tarixi Azərbaycan torpaqları olan Zəngəzur əyalətində orta məktəblərin sürətlə bağlanması və əhalinin kütləvi şəkildə başqa yerlərə köç etməsi ciddi müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, Ermənistan müxalifətinin nümayəndəsi Qohar Meloyan bununla bağlı bəzi mətləbləri açıqlayıb.
O bildirib ki, son bir neçə ildə Zəngəzurda onlarla orta məktəb bağlanıb. “Bəziləri başqa məktəblərlə birləşdirilib. Səbəb şagird azlığıdır”.
O daha sonra qeyd edib ki, kəndlərdə də durum yaxşı deyil. “Əhalinin kütləvi şəkildə başqa məntəqələrə köçü müşahidə olunur. Bir neçə kənd tamamilə boşalıb. Bir çoxlarında isə yalnız yaşlı insanlar qalıb ki, onların da köç ehtimalı böyükdür”.
Meloyan gördüklərindən belə qənaətə gəlib ki, baş verənlər məqsədli şəkildə həyata keçirilir. “Görünür, Paşinyan hökuməti bu əraziləri Azərbaycana vermək üçün hazırlıqlara başlayıb”.
Fərda Uğur









