İranda yayınlanan SEPAH-a bağlı “Tasnim” Agentliyi “Qafqazda “Tramp yolu” layihəsi; yeni amerikan qablaşdırması olan zəng” adlı yazı dərc edib.
Tribuna.az xəbər verir ki, nəşr ABŞ-ın dəhlizin açılması ilə İran sərhəddinə nəzarət etmək istəyir.
Məqalədə “ABŞ Zəngəzur dəhlizinin adını Tramp marşrutu adlandırmaqla və Gürcüstanda intensiv məsləhətləşmələr aparmaqla Ermənistanın sərhədlərinə nəzarət etmək və İran və Rusiyanı regional bərabərliklərdən çıxarmaq üçün birgə müəssisə yaratmağa çalışır” deyə qeyd olunub.
Agentlik onu da iddia edib ki, dəhliz məsələsi tranzit tələsi və yerli inteqrasiya üçün təhlükə mənbəyidir.
Yazıda Azərbaycanın da mövqeyinə münasibət bildirilib. Nəşr qeyd edib ki, Zəngəzur dəhlizinin kilid ölkəsi Azərbaycandır.
Fərda Uğur









