Ermənistanda son günlər geniş müzakirə olunan “zəmanətli sülh” məsələsi ilə bağlı yeni şəxslər fikir bildirirlər.
Tribuna.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı səsləndirilən həmin fikirlərdə əsas məqam odur ki, prosesin davamlı olması üçün mütləq zamni lazımdır.
Qeyd edək ki, dünən prosesə Ermənistanın keçmiş XİN başçısı Ara Ayvazyan da qoşulub. O bildirib ki, zəmanətli sülh Ermənistanın yeganə xilas yoludur. “Ermənistan özü sülhün təminatçısı ola bilməz. Ona görə də, mütləq etibarlı zaminlər tapılmalıdır”.
Lakin o, həmin zaminin konkret olaraq hansı ölkənin olması barədə fikir bildirməyib.
Fərda Uğur









