Zelenski Ukrayna və Rusiyanın müharibədəki itkilərini açıqladı

Zelenski Ukrayna və Rusiyanın müharibədəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi dövründə hər iki tərəfin hərbi itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, Rusiya ordusunun ümumi itkiləri 1 milyon 600 min nəfərə çatıb. Onlardan təxminən 700 min hərbçi həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin itkilərindən danışan dövlət başçısı bu məlumatları tam açıqlamaq istəmədiyini bildirib. O, bunun Rusiyanın Ukrayna ordusunun vəziyyəti barədə əlavə məlumat əldə etməsinə səbəb ola biləcəyini deyib.

Bununla belə, Zelenski Ukraynanın təxminən 50 min hərbçisinin həlak olduğunu, 400 minə yaxın hərbçinin yaralandığını, həmçinin çox sayda itkin düşən hərbçinin olduğunu açıqlayıb.

Qeyd edək ki, The New York Times qəzetinin məlumatına görə, müharibənin dörd ili ərzində Rusiya və Ukrayna ordularında ölən və ya yaralanan hərbçilərin ümumi sayı 2 milyonu ötüb. Fevral 2024-cü ildə Zelenski 31 min ukraynalı hərbçinin öldüyünü bildirmişdi. Fevral 2026-cı ildə isə bu rəqəmin 55 minə çatdığını açıqlamışdı.

İmran Kərimli