Zelenski: Ukrayna artıq 3 min kilometrdən uzaqdakı hədəfləri vurur

Zelenski: Ukrayna artıq 3 min kilometrdən uzaqdakı hədəfləri vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az “Unian” – a istinadən xəbər verir ki,Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi artıq 3 min kilometrdən çox məsafədə yerləşən Rusiya hədəflərini vurmaq imkanına malikdir və bu potensial daha da artırılır.

Onun sözlərinə görə, Rusiyaya qarşı uzaqmənzilli zərbələr planı müəyyən edilmiş prioritetlər üzrə həyata keçirilir.

Zelenski qeyd edib ki, uzun müddət Rusiyanın üstünlüyü hesab olunan dərin arxa cəbhə artıq Moskva üçün problemə çevrilib. Çünki Rusiyanın hava hücumundan müdafiə sistemlərinin əsas hissəsi Moskva, dövlət iqamətgahları, Krım körpüsü və Sankt-Peterburqun ətrafında cəmləşdirilib.

Prezident vurğulayıb ki, Ukrayna pilotsuz uçuş aparatlarının Ural bölgəsi, Sibir və Moskvadan uzaqda yerləşən digər ərazilərdəki hədəflərə çata bildiyini sübut edib.

“Yalnız bu il uzaqmənzilli zərbələr planının icrasına başlanıldıqdan sonra mindən çox döyüş tapşırığı yerinə yetirilib. Neft obyektləri, hərbi istehsal müəssisələri və Rusiyanın logistikası üçün strateji əhəmiyyət daşıyan obyektlər vurulub”, – deyə Zelenski bildirib.

İmran Kərimli