Zelenski Rusiyanın Ukrayna tərəfindən elan edilən atəşkəsi pozduğunu bildirib

Zelenski Rusiyanın Ukrayna tərəfindən elan edilən atəşkəsi pozduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hücumları atəşkəsin inkar edilməsidir.

Tribuba.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

Onun sözlərinə görə, bu günün başlanğıcından bəri Dnepr, Zaporojye, Kramatorsk və digər bölgələrə qarşı 30 hücum həyata keçirilib.

“Ötən gecə və bu səhər 70-dən çox bomba ilə 20-dən çox aviazərbə endirilib. Gecə boyu Rusiya ordusu həm də müxtəlif tipli dronlardan istifadə edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 90-a yaxın dronu zərərsizləşdirib”, – Zelenski qeyd edib.

O vurğulayıb ki, Rusiya atəşkəsi ümumilikdə 1820 dəfə pozub.

Ukrayna lideri Rusiyanı müharibəni bitirməyə çağırıb və rəsmi Moskvanın Kiyev tərəfinin diplomatik təkliflərindən xəbərdar olduğunu bildirib.

Zelenski Kiyevin 8-9 may tarixlərində Rusiyanın təklif etdiyi atəşkəsə əməl edib-etməyəcəyini dəqiqləşdirməyib.