Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2026-cı ilin mart ayında Rusiya ordusunun itkiləri müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb.
Tribuna.az xəbər verir ki,onun sözlərinə görə, təkcə Ukraynanın pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində 33 988 rus hərbçisi həlak olub və ya ağır yaralanıb. Artilleriya və digər hücumlar isə əlavə 1363 itkiyə səbəb olub. Beləliklə, ümumi itkilərin bir ay ərzində 35 min nəfəri keçdiyi qeyd edilir.
Zelenski bu məlumatı sosial şəbəkə X-də paylaşıb və bu rəqəmlərin “dəqiqləşdirilmiş itkilər” olduğunu vurğulayıb.
Prezident həmçinin yaxın həftələr üçün bir sıra tapşırıqların razılaşdırıldığını bildirib. Bu tədbirlər arasında Ukrayna piyadalarının gücləndirilməsi, hərbi müqavilə sisteminin təkmilləşdirilməsi və hərbçilərin özbaşına xidmət yerini tərk etməsinin qarşısının alınması da yer alır.
İmran Kərimli









