Zelenski Ermənistanda MEYDAN oxudu – Paşinyanı gözləyən cəza…

Zelenski Ermənistanda MEYDAN oxudu – Paşinyanı gözləyən cəza…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna lideri Zelenski İrəvanda keçirilən Zirvə görüşündə Kremlə meydan oxuyub.

O, 9 May paradında Ukrayna PUA-larının da uça biləcəyini bəyan edib.

Tribuna.az-a bu ismarışı şərh edən siyasi ekspert Ramiyə Məmmədova bildirib ki, Zelenskinin bu sözləri İrəvanda deməsi ikiqat böyük məna kəsb edir. Onun fikrincə, artıq Rusiyadan Ermənistan hökumətinə hiddət dolu reaksiyalar var: “Duma üzvü olan bir deputat Ermənistanı hədələyib ki, Ukraynanın taleyini yaşaya bilər. Simonyan da deyib ki, artıq tədbir görmək zamanıdır. Çünki Rusiyanın öz nökəri kimi gördüyü Ermənistanda onun düşməni Zelenskinin belə təhdid səsləndirməsi heç cür həzm olunmur. Ona görə də Rusiya qəzəbini gizlədə bilmir və Paşinyanı seçkilərlə cəzalandırmağı düşünür. Məncə, seçkilərdən sonra Ermənistanda qırğın düşəcək, qanlı toqquşmalar olacaq”.

Həsən Ağa