Zaxarova: “Rusiyalılar üçün çıxış vizalarının hazırlanması cəfəngiyatdır”

Zaxarova: “Rusiyalılar üçün çıxış vizalarının hazırlanması cəfəngiyatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalılar üçün çıxış vizalarının tətbiq ediləcəyi barədə xəbərlər cəfəngiyatdır.

Tribuna.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Rusiya mətbuatında XİN tərəfindən rusiyalılar üçün ölkədən çıxış vizalarının tətbiqini nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə yayılan məlumatları təkzib edib.

TASS agentliyinə açıqlama verən Zaxarova kütləvi informasiya vasitələrində yer alan bu iddiaları “cəfəngiyat” adlandırıb.