Zaxarova Kallası məşhur qurbağaya bənzətdi

Zaxarova Kallası məşhur qurbağaya bənzətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı Ali komissarı Kaya Kallası növbəti dəfə aşağılayan fikirlər səsləndirib.

Tribuna.az Bakupost.az-a istinadla xəbər verir ki, Zaxarova Kallası öz mandatından kənar fikirlər səsləndirməkdə ittiham edib.

Ardınca bildirib ki, səsləndirdiyi fikirləri ona kimin diktə etdiyi bəlli deyil.

Zaxarovanın sözlərinə görə, Aİ-də getdikcə daha çox insan “Kaja Kallas kimdir və kimin adından danışır” sualını verir.

“Bu, artıq “Mappet Şousu” kimi səslənməyə başlayır… Uşaqlar böyüyür, onlar başa düşməyə başlayırlar ki, söhbət şən Kermit Qurbağadan yox, bu obrazı yaradan aktyordan gedir”, – deyə diplomat zarafatla bildirib.

Qeyd edək ki, Kallas Rusiya ilə dialoqda özünün Aİ-nin danışıqlar aparan nümayəndəsi ola biləcəyini söyləyib. Daha əvvəl isə o, Rusiyanın “yüz ildən çoxdur ki, qonşularına hücum etdiyini” deyib.

Xatırladaq ki, bu Zaxarovanın Kallasla bağlı ilk belə zarafatı deyil. Bundan əvvəl Zaxarova Aİ rəsmisini donuz cingiltisi çempionatında iştirak etməyə dəvət edib.