Zaqatalada ağır yol qəzası olub.
Tribuna.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” və “VAZ-2199” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2199″un sürücüsü hadisə yerində ölüb.
Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.
Məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.









