Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı – Video

Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb.

Tribuna.az “Shimalnews”a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub.

Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.