Zaqatalada 8 nəfər dönərdən zəhərləndi

Zaqatalada 8 nəfər dönərdən zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

 Tribuna.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9  kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar”.