Yusuf Güney ortaya çıxdı – Sərt çağırış (VİDEO)

Yusuf Güney ortaya çıxdı – Sərt çağırış (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli sənətçi Yusuf Güney istintaq prosesi ilə bağlı açıqlama verərək İstanbul İl Jandarma İdarəsinə təşəkkür edib. O, hüquq-mühafizə orqanlarının işi nəzakətlə və yüksək vasvasılıqla apardığını vurğulayıb.

Tribuna.az-ın xəbərinə görə, Güney çıxışında cəmiyyətə də müraciət edərək insanlığı narahat edən problemlərə diqqət çəkib.

O bildirib ki, həyatın çətinlikləri insanları bədbəxt edir və bu fonda əsassız, ədalətsiz davranışlar artır:

“Pis və əsassız, ədalətsiz rəftarlarınızı bir kənara qoyun. Fikirlərinizi düzəldin, baxdığınız pəncərədən baxın.”

Sənətçi illərdir cəmiyyətə xəbərdarlıq etməyə çalışdığını və ən pis hallarla mübarizəsini davam etdirəcəyini deyib:

Yusuf Güney xüsusilə gənclərin gələcəyini məhv edən təhlükələrə qarşı dövlətin qətiyyətli addımlar atacağına inandığını vurğulayıb. O, qumar oyunları, fahişəlik şəbəkələri, uşaq istismarı, dələduzluq, vergidən yayınma və narkotik ticarəti ilə mübarizənin eyni ciddiliklə davam etdirilməli olduğunu bildirib.

Açıqlamasının sonunda sənətçi dövlətə ehtiramını ifadə edərək, araşdırmaların ən qısa zamanda nəticə verəcəyinə inandığını qeyd edib.

Ətraflı videomaterialda:

Dəniz Pənahova