Alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası yanvarın 2-də Yer kürəsində başlayıb.
Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Hazırda Yerın maqnit sahəsinin pozulma səviyyəsi beşballıq şkala üzrə G1 göstəricisindədir.
Həmin şkalada G5 “son dərəcə güclü”, G1 isə “zəif” maqnit qasırğası kimi qiymətləndirilir.









