Yenə təhdid edirlər: “Qonşularımız…”

Yenə təhdid edirlər: “Qonşularımız…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la qarşdurma ərəfəsində təhdidlərindən qalmır.

Tribuna.az xəbər verir ki, əvvəlcə kiçik həcimli sualtı qayıqlarını və PUA daşıyan gəmilərini nümayiş etdirən Tehran, indi də qonşu ölkələri hədələməyə başlayıb.

Belə ki, SEPAH-ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ-la mükün müharibədə qonşularla “hesablaşacaqlarını” qeyd edib. “Qonşu ölkələr bizimlə dostdurlar. Lakin onların ərazisi, hava məkanı və ya suları İrana qarşı istifadə olunarsa, onlar düşmən dövlətlər kimi qəbul ediləcəklər”.

Xatırladaq ki, bir neçə gündür İrandakı mühafizəkar qanadın təmsilçiləri, habelə rejimə bağlı proksi təşkilatlar Azərbaycanı da hədəfə almağa başlayıblar. Onlar İranda baş verən son hadisələri guya, Azərbaycandan idarə olunduğunu iddia ediblər.

Fərda Uğur