“Yaxşı edirəm, ağıllı ol” deyən sürücü saxlanıldı – Video

“Yaxşı edirəm, ağıllı ol” deyən sürücü saxlanıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi sürücülər arasında insidentlə nəticələnib.

Tribuna.az-ın məlumatına görə, “Kia” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən “Mercedes” markalı avtomobil onun qarşısına çıxıb. Sürücü buna etiraz etdikdə “Mercedes”in sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb, daha sonra isə avtomobili qəsdən “Kia”ya çırparaq zərər yetirib.

Zərərçəkənin sözlərinə görə, o siqnal verərək hərəkətin səbəbini soruşduqda qarşı tərəf “yaxşı edirəm” deyə cavab verib. Daha sonra isə avtomobilini geri verərək “Kia”nın üzərinə sürüb və təxminən 2 min manatlıq ziyan vurub. Hadisə zamanı ətrafdakı şəxslər də sürücüyə etiraz edib, lakin o, avtomobildən düşərək onlara da hücum etməyə çalışıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı araşdırma aparılıb.

Araşdırmalar nəticəsində “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb, nəqliyyat vasitəsi isə cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi tədbirlər görülür.

Daha ətraflı “Baku TV”nin süjetində: