Yasamalda icra başçısının görüşünə bu şəxsləri yığırlar – Foto

Yasamalda icra başçısının görüşünə bu şəxsləri yığırlar – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon sakinləri icra başçısı Elşad Həsənovun sakinlərlə keçirdiyi görüşlərə xüsusi seçilmiş adamların aparıldığını iddia edir.

Tribuna.az yazır ki, sakinlərin sözlərinə görə, başçı ilə keçirilən görüşlərə məlum şəxsləri məcburi gətirilir.

Yasamal sakini Şəhla Yaşar Qəmbərovanın sözlərinə görə, görüşlər də şablon formada keçirilir:

“Şablon formatda sadəcə görünüş üçün keçirilən tədbirlər şəxsi mənafeyi güdən yüksək vəzifəlilərin, məmurların gözdən pərdə asma üsuludur.

Çünki bu tədbirdə iştirak edənləri böyük əksəriyyəti Yasamal rayonunda işləyən məmurlardır. Məcburi şəkildə dəvət alıb gəlib oturublar. Bir çoxları səsini çıxarsa, işsiz qalacağından qorxur”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul