Yakutiyada 330 min hektarlıq meşə yanğını söndürülür

Yakutiyada 330 min hektarlıq meşə yanğını söndürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutiyada ümumi sahəsi 330 min hektardan çox olan 9 meşə yanğınının söndürülməsi davam etdirilir. Ərazidə ümumilikdə 52 yanğın ocağı qeydə alınıb.

Tribuna.az TASS-a istinadən xəbər verir ki, əməliyyatlara 688 nəfər canlı qüvvə və 49 xüsusi texnika cəlb olunub. Regionun şimal-qərbində vəziyyət stabilləşsə də, Mirnı, Olenyok və Nyurba rayonlarında gərginlik qalır.

Hazırda Yakutiyada regional fövqəladə vəziyyət rejimi qüvvədədir.