XTQ ermənilərin gözünü elə qorxudub ki…

XTQ ermənilərin gözünü elə qorxudub ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi erməni ekspertlərin açıqlaması o qədər qəribə və utopikdir ki, bəzən ifadə etmək belə mümkün deyil.

Tribuna.az xəbər verir ki, bu sırada Azərbaycan üzrə ekspert Tatevik Hayrapetyan daha öndə gedənlərdən sayılır.

O deyib ki, ermənilər Azərbaycanın qaldırdığı Qərbi Azərbaycan məsələsindən onun özünə qarı istifadə edə bilər. “Lakin görünən odur ki, bunu Azərbaycan daha ustalıqla edir. Hər dəfəsində günahkar biz çıxırıq”.

Hayrapetyan sonda azərbaycanlıların Ermənistana köçəcəyi ilə bağlı təxəyyülünün məhsulunu da nümayiş etdirib. “Günün birində Ermənistana sıradan azərbaycanlılar köçməyəcək. Onların hamısı xüsusi təyinatlılar olacaqlar”.

P.S. 44 günlük müharibədə xüsusi təyinatlı igidlərimizin göstərdiyi şücaət ermənilərin o qədər gözünü qorxudub ki, hətta siyasətçiləri, ekspertlərinin də yuxusunu ərəşə çəkib. Üstəlik, gələcəkdə Ermənistana köç edəcək sadə azərbaycanlını belə indidən XTQ üzvü kimi təsəvvür edirlər. Qorxu pis şeydi…

Fərda Uğur