Xocalıda 39 evi 1.8 milyona təmir etmək planı baş tutmadı

Xocalıda 39 evi 1.8 milyona təmir etmək planı baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin keçirdiyi tender ləğv edilib.

Tribuna.az xəbər verir ki, xidmət Xocalı rayonu, Daşbulaq kəndində 39 fərdi yaşayış evinin cari təmirini həyata keçirməyi planlaşdırıb.
Lakin “Dövlət satınalmaları haqqında” qanunun bir sıra tələblərini yerinə yetirmədiyi üçün nəticələr etibarsız sayılıb.
Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” 39 mənzilin təmiri üçün 1 milyon 812 min 710 manat vəsait də ayırıbmış. Yəni, hər evin təmirini 46 min 479 manata reallaşdımaq planları olub.

Fərda Uğur