Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının FOTOSU

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib.

Tribuna.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakini vəfat edib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü, Neftçala rayonunun Şorkənd kənd sakini Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.

Sənan Məmmədli