Xəzərdə daha iki tankerə hücum olub

Xəzərdə daha iki tankerə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Rusiya, Qazaxıstan və ABŞ-ın iri enerji şirkətləri tərəfindən idarə olunan beynəlxalq neft nəqli layihəsi olan Xəzər Neft Boru Kəməri Konsorsiumuna məxsus iki gəmiyə PUA hücumu edilib.

Tribuna.az xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hücum zamanı hər iki gəmi zədələnsə də, ölüm halı qeydə alınmayıb. Həmçinin hadisə zamanı yaralanan da olmayıb.

Lakin məlumatda PUA hücumunun Ukrayna və ya İran tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu günlərdə Ukrayna ordusu Xəzərdə əməliyyat keçirib. Həmin vaxt biri İrana məxsus olmaqla, üç gəmiyə PUA zərbəsi endirilib.

Fərda Uğur