Ukrayna ordusunun Xersona dron hücumu nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların sayı 31 nəfərdir.
Qeyd edək ki, Rusiya Ukraynanın Qara Dənizin sahilində yerləşən Xorli kəndində otel və kafeyə dronlarla hücum etdiyini bildirir.









