Xatəmi: “İran dağıla bilər”

Xatəmi: “İran dağıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə tədbirlərin birində çıxış edən İranın sabiq prezidenti Məhəmməd Xatəmi durumlarının çox ağır olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, o, İranın dağılma ehtimalının olduğunu qeyd edib.

Xatəmi deyib ki, İran islam inqilabından sonra ən ağır dövrünü yaşayır. O, bu vəziyyətdən necə çıxacaqları barədə düşünməyi tövsiyyə edib. “İranda insanlara rəhbərin kim olması əhəmiyyətli deyil. İnsanları faktiki durum maraqlandırır. Biz inqilabdan bəri ilk dəfədir ki, belə ağır vəziyyətə düşmüşük”.

Keçmiş prezident qeyd edib ki, İrana xarici və daxili təhdidllər var. “Daxili və xarici təhdidlərin artması ilə İran adlı ağacın qəfil quruyub yıxılması riski var. Ölkə parçalana və dağıla bilər. Ümid edirəm ki, belə vəziyyət yaranmaz”.

Fərda Uğur