“Ermənistanda hər iki siyasi düşərgə Qarabağ ermənilərini potensial elektorat kimi istismar edir”.
Tribuna.az bildirir ki, bu sözləri separatçı Hayk Xanumyan deyib.
O qeyd edib ki, Ermənistanda məskunlaşmış Qarabağdan köçən ermənilər daha çox siyasi vasitə kimi istifadə olunurlar. “Onlara baxış fərqlidir. Hamı onlara can yandırdığını nümayiş etdirməyə çalışır. Lakin reallıq odur ki, Qarabağdan köçən ermənilər istər müxalifət. Istərsə də hakimiyyət üçün siyasi alətdən başqa bir şey deyil”.
Xanumyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Bakıda mühakimə olunan separatçıların müdafiəsini qəsdən təşkil etmir. “Ermənistan hakimiyyətinin Qarabağın Bakıda həbsdə olan “lider”lərinə göstərdiyi münasibət, onlara olan kinindən irəli gəlir”.
Fərda Uğur









