Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı vəzifəsindən ayrıldığını elan edib.
Tribuna.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, qərarı şəxsi təşəbbüsü ilə verib.
Xanım Yadigarlı qeyd edib ki, bu il media və televiziya sahəsində fəaliyyətinin 15 ili tamam olur. O, son beş ilə yaxın müddətdə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışıb.
Paylaşımında fəaliyyət göstərdiyi dövrü dəyərləndirən Xanım Yadigarlı artıq həmin mərhələni başa vurduğunu və yeni yoluna davam edəcəyini bildirib.









