Xamineyinin bacısından SEPAH-a müraciət: “Qardaşım səhv edir, silahı qoyun, xalqa tərəf keçin”

Xamineyinin bacısından SEPAH-a müraciət: “Qardaşım səhv edir, silahı qoyun, xalqa tərəf keçin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qardaşım xalqın səsini dinləmir. Muzdlu əsgərlərin səsini xalqın səsi zənn edir. Qızımı bu qədər şiddətli şəkildə həbs edildiyi zaman gördüklərim onu deməyə əsas verir ki, başqalarının uşaqlarına bunun min qatını zülm edirlər”.

Tribuna.az bildirir ki, bu fikirlər İranın dini lideri Əli Xamineyinin bacısı Bədri Xamineyiyə məxsusdur.

O, “İran Todday” nəşrinə açıqlamasında deyib ki, təəssüf ki, qardaşı Xomeyninin yolu ilə gedir. “Buna görə də, onunla əlaqəmi kəsdim. Əvvəlki gündən İslam hökumətinə qarşı idik”.

Bədri Xamineyi sonda SEPAH-a da müraciət edib. “SEPAH-a tövsiyyə edirəm ki, çox gec olmadan silahını yerə qoyub, xalqın tərəfinə keçsinlər”.

Fərda Uğur