Xamineyidən qonşulara xəbərdarlıq: “Heç kim ABŞ-ın qalxanı olmayacaq”

Xamineyidən qonşulara xəbərdarlıq: “Heç kim ABŞ-ın qalxanı olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran mediası Həcc mərasimi münasibətilə Müctəba Xameneiyə aid edilən bir mesaj dərc edib.

Tribuna.az xəbər verir ki, mesajda ABŞ və İsrailə meydan oxumaqla yanaşı, region ölkələrinə də xəbərdarlıq olunub.

Bildirilir ki, “Quruda, havada və dənizdə raket və pilotsuz təyyarə gücünə güvənən Amerika və İsrail hədəfə alınıb və region ölkələri artıq Amerikanın hərbi mövcudluğu üçün qalxan olmayacaqlar”.

Sonda isə qeyd edilir ki, “Region ölkələrinin regionda və dünyada yeni bir nizamın formalaşmasına yol aça biləcək ortaq imkanları və maraqları var”.

Fərda Uğur