Xamineyi harada dəfn olunacaq: Məşhəddə, yoxsa Nəcəfdə?

Xamineyi harada dəfn olunacaq: Məşhəddə, yoxsa Nəcəfdə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 28-də ABŞ və İsrail aviasiyasının bombardmanı zamanı həlak olmuş İranın keçmiş dini lideri Əli Xamineyinin dəfni ilə bağlı ziddiyyətli məlumatlar dolaşır. Tribuna.az xəbər verir ki, rəsmi Tehran bir neçə gün əvvəl dəfn prosesinin iyulun 9-da Məşhəddə keçiriləcəyini bəyan etmişdi.

Həmin məlumatda deyilirdi ki, vida mərasimi iyulun 6-da başlayacaq, Tehran, Qum və Məşhəddə keçiriləcək.

Lakin dünən Tehran meri Əlirza Zəkani fərqli bir plandan bəhs edib. O bildirib ki, Xameneinin cənazəsi İraqa aparılacaq. Orada bir neçə şəhərdə vida mərasimi keçiriləcək. “Dəfn mərasimi isə iyulun 9-da Məşhəddə baş tutacaq”.

Lakin sosial şəbəkələrdə bu səbəbdən fərqli fikirlər də meydana çıxmağa başlayıb. Bir çoxları hesab edirlər ki, Əli Xamineyinin nəşinin İraqa aparılması əvvəlcədən planlaşdırılıb. Onlar iddia edirlər ki, onu İraqın Nəcəf şəhərində dəfn edəcəklər.

Fərda Uğur